KANAL24.AZ
Az Iw En Ru

Keçən il “ASAN xidmət” mərkəzlərində “Azəriqaz”la bağlı 56 min müraciət öz həllini tapıb

2015-ci ildə Bakıdakı 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı 56 min 168 müraciət daxil olub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “smart” tipli qaz sayğacları ilə təchiz olunan istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilən müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.


19:04 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər