KANAL24.AZ
Az Iw En Ru

““Qızıl Məryəm” qızı üçün hər şey edirdi...” - Zorik

Klipmeyker Zöhrab Ağayev (Zorik) “Qızıl Məryəm”in qətlindən danışıb.

Kanal24 xəbər verir ki, axşam.az-a açıqlama verən Zorik onunla yaxın dost olduğunu, ölüm xəbərindən sarsıldığını bildirib:

“Onu qızının öldürdüyünü oxudum, şoka düşdüm. Belə anaya necə qıymaq olardı? Məryəm xanım əsl ana idi. Hər şeyi övladı üçün edirdi. Bahalı maşın belə almışdı. Ölümündən bir gün əvvəl onunla danışmışdıq, görüşməli idik. Biz əsl dost idik. Belə bir ölüm arzulamazdım. Qızını anası tərəfindən tanımışam. Normal, sakit bir qız idi. İnana bilmirəm ki, belə şey edə bilər. Hər zaman qızına deyirdim ki, “Belə ana yer üzündə yoxdur. Nə istəyirsən sənə edir”. 2 ildir İstanbulda yaşayıram, onu görmürdüm. Son zamanlar insanlarda vəhşiləşmə gedir. Yenidən buralardan qaçıb, İstanbula getmək istəyirəm”.

Qeyd edək ki, Məryəm Nametzadə bir çox məşhurlarla yaxınlığı ilə tanınır. Onun qızı Günel Hüseynova tərəfindən qətlə yetirildiyi açıqlanıb.


02:24 08.01.2016
Xəbər lenti
Bütün xəbərlər