KANAL24.AZ
Az Iw En Ru

Tretyakov qalereyasında Tahir Salahovun əsərləri sərgilənəcək

Moskvada Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək.

Kanal24 xəbər verir ki, “Günəş zenitdə” adlanan sərgi yanvarın 22-si açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə “sərt üslubun” liderlərindən biri olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək.


21:43 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər