KANAL24.AZ
Az Iw En Ru

Ermənilər Tərtərdə mülki evi vurdu

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov döyüş bölgəsində olub.

Kanal24  xəbər verir ki, hüquq müdafiəçisi yaxın qohumlarının yaşadığı Tərtər rayonu Qaynaq kəndinə gedib. Kənd ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış, yanğına məruz qalmış Qabil Hüseynovun evinə də baxış keçirib.

S.Vəkilov bildirib ki, Tərtər rayonunun mülki əhalisinin yaşadığı yaşayış məntəqələri hazıra intensiv oalraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Hüquq müdafiəçisi bildirib ki, mülki əhalinin yaşadığı ərazilərin bombalanması beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasının tələblərinə ziddir.

Hüquq müdafiəçisi onu da bildirb ki, mülki əhalinin bombalanması məqsədyönlü şəkildə həyata keçirilir. Ermənisan Azərbaycanın Ordusunun qarşısında duruş gətirə bilmədiyi üçün mülki əhalimizin yaşadığı əraziləri bombalayırlar ki, Azərbaycan Ordusu adekvat tədbir görməsinə nail olsun və onlar da beynəlxalq səviyyədə hay-küy salıb, müharibəni dayandırmağa nail olsunlar.


21:26 04.10.2020
Xəbər lenti
Bütün xəbərlər