KANAL24.AZ
Az Iw En Ru

Ermənilər Tərtərdə 2 əmioğlunu yaraladı

Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində bu gün daha iki mülki vətəndaş xəsarət alıb.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, onlar Qapanlı kənd sakinləri, 1984-cü il təvəllüdlü Quliyev Vasif Qasım oğlu və 1985-ci il təvəllüdlü Quliyev Pərviz Cəfər oğludur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, düşmənin atdığı mərmi nəticəsində yaralanan şəxslər əmi oğludurlar.


23:11 03.10.2020
Xəbər lenti
Bütün xəbərlər