KANAL24.AZ
Az Iw En Ru

Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı çap olunub

 
 

Kanal24 xəbər verir ki, 2016-cı ilin ilk günlərində Xalq şairi Zəlimxan Yaqub oxucularını yeni şeirlər kitabı ilə sevindirib.

"Məni sabahıma qovuşdur, ana!" adlı kitab nəfis tərtibatda Bakıda “Elm və təhsil” nəşriyyatında işiq üzü görüb. Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Yeni nəşr haqda məlumat verən Musa Nəbioğlu bildirib ki, kitaba Zəlimxan Yaqubun indiyədək heç bir kitabına daxil olmayan son əsərləri – 2014-cü ilin son aylarında və 2015-ci ildə yazdığı şeirlər, “Çanaqqala dastanı” və “Şuşada balam qaldı” poemaları və bir neçə hekayəsi daxil edilib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zəlimxan Yaqubun yaradıcılığında Qarabağ müharibəsi mövzusu mühüm yer tutur və “Şuşada balam qaldı” poemasını da 10 yaşlı övladı Şuşada erməni gülləsinə tuş gələn bir oxucusunun ona ünvanladığı məktubdan təsirlənərək yazıb.

Kanal24.az kollektivi adından anadan olmasının növbəti ildönümü ərəfəsində oxucularını yeni kitabı ilə sevindirən Xalq şairini təbrik edir, son zamanlar səhhətində yaranmış problemlərdən tezliklə qurtarmasını arzu edirik. Oxucularınız sizdən yeni-yeni əsərlər gözləyir. 


16:35 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər