KANAL24.AZ
Az Iw En Ru

Ramil Səfərov tanınmış rəssamın qonağı oldu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, Şuşa şəhərindən məcburi köçkün Səyyar Əliyev xeyirxah insandır.

Kanal24 xəbər verir ki, pedaqoji fəaliyyətlə yanaşı həm də rəssamlıqla məşğul olan S.Əliyev düşüncələrini, habelə Azərbaycan xalqının başına gətirilən fəlakətləri kətan üzərinə köçürür.

Bu yaxınlarda İngiltərəyə dəvət alan tanınmış rəssamın emalatxanasına Ramil Səfərov gəlib. 


R.Səfərov iş yoldaşları və dostlarıyla birgə rəssam S.Əliyevin çəkdiyi əsərlərə baxıb, çay süfrəsi arxasında fikirlərini bölüşüb.

Görüşdə Xocalı Soyqrımını Tanıtma İctimi Birliyinin sədri Şamil Sabiroğluda iştirak edib. Ş.Sabiroğlu "Onu eldən soruşun" kitabını xalqımızın qəhrəman oğlu Ramil Səfərova təqdim edib.

Sonda xatirə şəkilli çəkilib.


Müəllif: Şamilə Şamilqızı
16:13 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər