KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın "maqnit uşağ"ı

12 yaşlı Ayxan Sultanzadə metal əşyaları özünə çəkmək qabiliyyətinə malikdir. Trend-in məlumatına görə, açarlar, qayçılar və hətta ütü onun əl və ayaqlarına yapışır.

A.Sultanzadə Bakının Qaradağ rayonunun 274 saylı məktəbinin 6-cı sinif şagirdidir. Onun bu istedadı hələ erkən yaşlarında üzə çıxıb.

A.Sultanzadənin atası, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu Trend-ə bildirib ki, o, qabiliyyətini ilk dəfə nümayiş etdirəndə evdəkilər inanmayıb: “Ütünü bədənində necə saxladığını görəndə isə başa düşdük ki, onun qeyri-adi istedadı var”.


13:20 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər