KANAL24.AZ
Az Iw En Ru

Özbəkistanın “Sharh.uz” portalı Dağlıq Qarabağ münaqişəsindən yazır

Özbəkistanın “Sharh.uz” portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə yayılıb.

Özbək dilində yayılan məqalədə münaqişənin yaranma tarixi haqqında məlumat verilir, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi diqqətə çatdırılır. Münaqişənin dinc yolla həlli istiqamətində danışıqların davam etdirildiyi bildirilir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə ötən il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildiyi xatırlanır.

Müəllif Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunduğunu, lakin bu sənədlərə Ermənistanın məhəl qoymadığını vurğulayır.

Məqalədə ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin indiyədək heç bir nəticə vermədiyi qeyd edilir.


02:24 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər