KANAL24.AZ
Az Iw En Ru

Nemtsovun qatillərindən etiraf: “Üçüncü cəhddə öldürdük”

Rusiyalı siyasətçi Boris Nemtsovu öldürməkdə təqsirli bilinən Zaur Dadayev və Anzor Qubaşev qətl gününə kimi onu iki dəfə öldürməyə cəhd göstərdiklərini açıqlayıblar.

Bu barədə onlar yazılı və görüntülü sorğular zamanı deyiblər.

Bildirilir ki, Parisdəki “Charlie Hebdo” jurnalına 7 yanvar tarixli silahlı hücuma qədər onlar Boris Nemtsovu öldürüb-öldürməmək məsələsində tərəddüd ediblər. Bu tarixdən sonra isə fevralın 27-nə qədər iki dəfə buna cəhd etsələr də, alınmayıb. “Nemtsovu 27 fevrala kimi 3 dəfə görmüşük. Ya məsafə, ya da vəziyyət cinayəti törətməyə imkan verməyib”,- deyə Anzor Qubaşev söyləyib. Zaur Dadayev də Nemtsova 2 dəfə atəş açmağa çalışdığını, lakin ətrafda insanların çoxluğu səbəbi ilə bunu edə bilmədiyini deyib.


21:52 06.01.2016
Xəbər lenti
Bütün xəbərlər