KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan sahibkarları İstanbul Mebel Sərgisinə dəvət olunurlar

Yanvarın 12-də İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində Türkiyənin ən böyük və dünyanın ən əhəmiyyətli üçüncü mebel sərgisi - İstanbul Mebel Sərgisi (İSMOB) açılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Kanal24-ə bildiriblər ki, sərgidə Türkiyənin mebel sektorunda fəaliyyət göstərən və müxtəlif ölkələrə mal ixrac edən şirkətlərin məhsulları nümayiş olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgi yanvarın 17-dək davam edəcək. Ətraflı məlumat almaq istəyənlər AZPROMO-ya müraciət edə bilərlər.


19:14 06.01.2016
Xəbər lenti
Bütün xəbərlər