KANAL24.AZ
Az Iw En Ru

Cəsədləri Türkmənistanda tapılan neftçilər dəfn edildi

Kanal24 xəbər verir ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyiti ötən gün Türkmənistan sektorunda aşkar edilən neftçi Quliyev Əzizağa Nöhbala oğlu bu gün Zirə qəbristanlığında dəfn olundu.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, SOCAR-ın nümayədələri iştirak ediblər. Mərhumun yaxınları deyiblər ki, Əzizağa Quliyev səmimi və qayğıkeş, ailəsinə bağlı insan olub. Onun faciyəvi ölümü hər kəsi sarsıdıb.

Xatırladaq ki, hazırda itkin düşən digər neftçilərin axtarışları davam edir.

 


01:44 06.01.2016
Xəbər lenti
Bütün xəbərlər