KANAL24.AZ
Az Iw En Ru

Öz əlləri ilə özünə məzar qazdı

Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşayan Cuma Altun hər gün boş məzarını ziyarət edir, dua oxuyur, saatlarca məzarın içində uzanır.
 
72 yaşlı Cuma kişi deyir ki, övladlarına yük olmamaq, eyni zamanda məzarını gördükcə ölümü xatırlayıb günah işlətməmək üçün belə bir addım atıb. Qəbir qazıb, məzar daşı düzəltdirib, üstəlik adını, doğum tarixini də yazdıran şəxs, hər gün qəbrini ziyarət edib dua oxumağı da unutmur. Gününün böyük hissəsini məzarın içində uzanaraq keçirən Cuma Altun özünü burda çox rahat hiss etdiyini deyir.
 
Bəziləri ölmədən məzar qazmağın heç də yaxşı fikir olmadığını desə də, Cuma kişi deyilənlərlə qətiyyən razılaşmır.

03:13 06.01.2016
Xəbər lenti
Bütün xəbərlər