KANAL24.AZ
Az Iw En Ru

Sağlamlığınız təhlükədə: - Çin hansı süni qida məhsulları istehsal edir?

Hər hansı bir qidanın süni istehsalı orqanizm üçün çox ziyanlıdır. Bu gün elə bir dövrdə yaşayırıq ki, hər məhsulun orijinal və saxta istehsalı var. Qorxulusu isə odur ki, qida məhsullarının da saxta istehsalına başlanılıb. Hətta o dərəcədə oxşar hazırlanır ki, hər kəs orijinalın hansı, saxtanın hansı olduğunu ayırd edə bilmir.

  1. Telyapiya

Telyapiya adlı balıq növü Çində xüsusi fermalarda artırılır. Bu balıq ən təhlükəli və qorxuludur. Telyapiya nə olsa yeyir və balaca hovuzlarda belə, suyu dəyişdirilmədən böyüdülür. Çindən gətirilmiş bu balıqları qətiyyən qidada istifadə etmək olmaz. Hətta Çində telyapiyanı yetişdirən fermerlər bu balıqdan qidalarında istifadə etmirlər.

  1.  Treska

Bu balıq növü də Çində fermalarda istehsal edilir. Treska balığı  da sağlam qidalara aid  deyil.

Bunlardan əlavə, Çindən idxal edilən alma şirələri, konservləşdirilmiş göbələk, sarımsaq, toyuq, düyü, qara istiot, duz, yaşıl noxud və sairə kimi qidaların da süni istehsalı var.

Ümumiyyətlə, göbələk bir o qədər də xeyirli qida deyil. Çünki göbələklər radiasiya şüasını özünə çəkir. Həmçinin, göbələyin Çindən gətirildiyi məlum olarsa, onun təbii olmasına artıq şübhə var.

Sarımsaq uzun müddət cücərməsin deyə, Çində kimyəvi dərmanlarla yetişdirilir.

Toyuqları isə tez çəki alması üçün kimyəvi üsulla böyüdürlər.

Çinin istehsal etdiyi duz tərkibi hələ bəlli olmasa da, bu gün istifadə etdiyimiz duzdan qətiyyən seçilmir.

Aldığınız düyünü yuduqda, suyu bulanmırsa, bişib əzilmirsə, Çində sintetikadan hazırlanma ehtimalı var.

Yaşıl noxudun tərkibində isə qidalara qatılması qadağan edilən kimyəvi rənglərdən istifadə olunub. Bu noxud nə qədər qaynadılsa belə, yumşalmır.

Çinin istehsal etdiyi bu qidalardan qaçmaq və diqqətli olmaq lazımdır. Çünki bu qidalar orqanizmdə ciddi fəsadlara yol aça bilər.


23:40 05.01.2016
Xəbər lenti
Bütün xəbərlər