KANAL24.AZ
Az Iw En Ru

Bayram günlərində 24 yol qəzası baş verib, 15 nəfər həlak olub

Bayram günlərində Azərbaycanın avtomobil yollarında 24 yol qəza hadisəsi baş verib.

Kanal24-ün Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisələr nəticəsində 15 nəfər dünyasını dəyişib.

Məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yanvarın 1-də baş verən 8 yol-nəqliyyat hadisəsində 17 nəfər yaralanıb. Yanvarın 2-də 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yanvar ayının 3-də baş vermiş 3 yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb, yanvarın 4-də isə 6 yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.


20:30 05.01.2016
Xəbər lenti
Bütün xəbərlər