KANAL24.AZ
Az Iw En Ru

Yığmamız dünya çempionatını məğlubiyyətlə başa vurdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün İtaliyada keçirilən  dünya çempionatında son oyununa çıxıb.

Kanal24.az-ın məlumatına görə, millimiz  Almaniya yığması ilə  qarşılaşıb. 

Artıq E qrupunda mübarizəni davam etdirəcək komandaların adlarına aydınlıq gəlib. Çin, İtaliya və Dominikan Respublikası bugünkü oyunların nəticəsindən asılı olmayaraq, qrupda ilk 3 yerin sahibləri kimi 3-cü mərhələyə vəsiqə qazanıb. Millimiz isə Almaniya üzərində qələbə qazanmaqla  yalnız qrupda 4-5-ci yerlərə iddia edə bilərdi. Anaq voleybolçularımız Almaniya ilə görüşdə də məğlub olub - 0:3. 

5 xal toplayan millimiz dünya çempionatının E qrupunu 7-ci pillədə tamamlayıb.
 


E qrupu

20:00. Almaniya - Azərbaycan -3:0 (25:15,  25:23, 25:19)


05:50 06.10.2014
Xəbər lenti
Bütün xəbərlər