KANAL24.AZ
Az Iw En Ru

Salyanda avtomobil kanala aşdı: İKİ ÖLÜ (YENİLƏNİB)

Salyanda kanal düşən avtomobilin sürücüsünün kimliyi müəyyənləşib.

Kanal24 xəbər verir ki, Bakı sakini, 1963-cü il təvəllüdlü Əhmədov Qalib Əkbər oğlu idarə etdiyi furqon tipli “Moskviç-412” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və sərnişini, Biləsuvar rayon sakini olan qadın suda boğularaq ölüblər. 

* * *

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Bu barədə Kanal24-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. 

Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.


22:58 10.06.2020
Xəbər lenti
Bütün xəbərlər