KANAL24.AZ
Az Iw En Ru

TƏBİB: Koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir

"Virusa inanmayanların sayı əksəriyyət təşkil edir. İnsanlar kifayət qədər təhsillidir və vəziyyəti təhlil edə bilir”.

Kanal24 xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
"İnanmayanları medianın köməyi ilə inandırmağa çalışırıq. İnanmamaqla virusun qalib gəlməyinə şərait yarada bilərik. Ona görə də hamı birlikdə mübarizə aparmalıdır”, - o əlavə edib.

06:50 10.06.2020
Xəbər lenti
Bütün xəbərlər