KANAL24.AZ
Az Iw En Ru

Yük avtomobilləri toqquşdu - yaralılar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24 apa-ya istinadən xəbər verir ki, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 
 
 
 
 

01:00 01.01.1970
Xəbər lenti
Bütün xəbərlər