KANAL24.AZ
Az Iw En Ru

30 APREL 2020- ci İL : SƏRRAF ƏFƏNDİYEV (AZƏRİBƏY) --- 47 YAŞ........

Əfəndiyev Sərraf Rövşən oğlunun özünün qələmindən çıxmış Tərcümeyi-halını , Sərrəf Azəribəyin öz sözləri ilə, heç bir əlavə və dəyişiklik etmədən verməyi özümə Məsləhət və Borc bildim. ''Məsləhət'' o mənada ki, Sərraf AZƏRİBƏYin öz qələmindən çıxan tərcümeyi-halı bizim ANSMP arxivində saxlanılır və mən əminəm ki, On illiklər , Yüz illiklər ötdükcə onun bu şəxsi əlyazması gələcək nəsillər tərəfindən daha da qiymətləndiriləck və Azərbaycan(AZƏRİ) milləti MİLLƏTSEVƏR Övladları tarixini öyrənmək üçün istinad mənbəyinə çevriləcəkdir.

""Borcumdur"" ona görə ki, mən şəxsən Sərraf AZƏRİBƏYin müasir zamanda LAYİQli qiymətinin "azəricalaq"lar tərəfindən verilməməsinin canlı şahidiyəm... Tarixin acı qaçılmaz həqiqətilərindən biri də odur ki, DAHİ ŞƏXSİYYƏTlərin heç birinə,demək olar ki, öz yaşadığı zamanda LAYİQli qiymət verilməyib.... Bu yerdə ""Qızılı udsada qara torpaqlar,Qızıl adını özündə saxlar!"" deyiminin sözün əsil mənasında Dahi Şəxsiyyətlərə də birbaşa aidiyyatı olması danılmaz faktdır desəm yanılmaram. Sərraf AZƏRİBƏY Azərbaycan(AZƏRİ)Millətinin QAN+RUH+MƏSLƏK= VƏHDƏTİni tam özündə birləşdirən az saylı MİLLƏTSEVƏR ŞƏXSİYYƏTlərimizdəndir! ......TARİXİ SPRAVKA : QƏBƏLƏ Rayonu -- Azərbaycanın Paytaxtı Bakı şəhərindən təqribən 200 km.məsafədə yerləşən dağlıq rayondur. Qəbələ Şəki-Zakatala iqtisadi rayon bölgəsinin tərkibindədir.1930-cu ildə yaradılıb. Ərazisi 1.55 min.kv.km. Paytaxtı Qəbələ şəhəridir, 3 qəsəbədən və 70 kənddən təşkil olunan rayondur.Əhalisi 106.660.nəfərdir ki, bunlarında 79 % Azərbaycanlılardan ibarətdir.Ləzg,Udin və digər millətlər isə əhalinin 25% təşkil edir.Qavqaz Albaniyasının tərkibində olanda, l əsir bizim eradan əvvəl 461-ci ilə kimi,Qafqaz Albaniyasının birinci paytaxtı Vl əsirə dər Qəbələ olub .Müasir Qəbələ rayonunun ərazisində,XVlll əsirdə ,1747-ci ildə QUTQAŞEN SULTANATLIĞI adı ilə feodal dövlət yaranıb. Qəbələnin adı 1920-ci ilə kimi Qutqaşin və 1991-ci ilə kimi isə Qutqaşen olub. 1973-cü ildən Şəhər statusu alıb........VƏNDAM Qəsəbəsi Qəbələnin mərkəzindən 13 km aralıda , Vəndamçayın sahilində yerləşir. Əhalisi 8.943(2009-cu il məlumatı) nəfərdir Azərbaycanda ad-san qazanmış "Qızıləhməd" alma sortunun vətənidir........İcazənizlə ANSMP Arxivində qorunub saxlanılan, ONÜÇ NƏFƏR MİLLƏTSEVƏR ŞƏXSİYYƏTlərin sırasında olan və Hal-hazırda ANSMP İdeoloji Katibi və ""AzFeuer TV"" təhsisçilərindən və rəhbərlərindən biri olan Sərraf Əfəndiyev(AZƏRİBƏY)in öz qələmindən çıxan və çox sadə dildə yazdığı Tərcümeyi-halının əlyazmasını nəzərinizə çatdırım : 

* ""...Əfəndiyev Sərraf Rövşən oğlu: 1973-cü il aprelin 30-da Qəbələnin(Qutqaşenin) Vəndam qəsəbəsində doğulub.1979-80-ci tədris ilində 1-ci sinfə daxil olub və 1990-cı ildə orta məktəbi bitirərək, BDU-nin jurnalistika fakültəsinə qəbul olunub.1996-cı ildə ali təhsilini başa vuraraq, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Böyük redaktor vəzifəsində əmək fəaliyyətinə başlayıb.2000-ci ildən mətbuat sahəsində fəaliyyət göstərib.2013-cü ildən 2017-ci ilədək ARB Şəki Media Şirkətində redaktor, prodüser vəzifələrində çalışıb."Şiddətli Külək - Asif" adlı sənədli oçerkin (kitab halında) və "Sərrafın sözü' adlı şeirlər kitabının müəllifı, o cümlədən "AZİS - FEUER" televiziyasının təsisçilərindən biri və ANSMP-nın ideoloji katibidir. Ailəlidir, 1 oğul övladı var.....
....ATAM -- Əfəndiyev Rövşən Fazil oğlu 1940-cı ildə Qəbələnin (Qutqaşen)Vəndam qəsəbəsində doğulub.O, V.İ.Lenin adına APİ-nun tarix fakültəsini bitirib və 2006-cı il may ayının 15-nədək ixtisası üzrə uğurla fəaliyyət göstərib.Rövşən Əfəndiyev marksizm-leninizm nəzəriyyəsinin elmi əsaslarını və hüquq elmini, o cümlədən siyasi iqtisad fənnini yüksək səviyyədə bilmiş, lakin Rayon Partiya Komitəsində məsul vəzifəyə dəvət edilsə də, müəyyən səbəblərdən buna etiraz etmiş, necə deyərlər "arpa çörəyi yeyib, öz süfrəsinin aslanı olmağı buğda çörəyi yeyib, başqasının süfrəsinin pişiyi olmaq"dan üstün tutmuşdur.O, 2006-cı il mayın 15-də vəfat edib.....

Anam: Əfəndiyeva (Yaqubova) Çiçək Şalbuz qızı: 1949-cu ildə Qəbələnin Vəndam qəsəbəsində doğulub.İxtisasca tibb bacısıdır və təqaüdə çıxanadək Vəndam Həkim Məntəqəsində çalışıb.Hazırda təqaüddədir.

BABAM -- Əfəndiyev Fazil Şəmsəddin oğlu: 1893-cü ildə Qəbələnin(Qutqaşenin) Vəndam qəsəbəsində doğulub, 1957-ci ildə burada vəfat edib. O, ixtisasca pedaqoq (müəllim) olub və peşəkar fəaliyyətinə görə Lenin Ordeninə layiq görülüb. Fazil Əfəndiyev ərəb, fars və rus dillərini mükəmməl bilib . O, işləmək və yaşamaq üçün təkidlə Bakıya dəvət edilsə də, həyat yoldaşı Güllü xanımın etirazını nəzərə alaraq, bundan imtina edib.""*...
...Bəli oxuduğunuz kimi Çox sadə və ətraflı əlyazması. Sərraf Əfəndiyevi öz dəsti xətti ilə qələmə aldığı bu Tərcümeyi-halına yalnız kiçicik bir əlavə onu edə bilərəm ki, Sərraf AZƏRİBƏY Ailədə 3 qardaş 1 bacıdırlar. Hər birinin Azərbaycan(AZƏRİ)Millətinin adına layiq ailələri var. Anası Əfəndiyeva(Qızlıq soyadı Yaqubova) Çiçək Şalbuz qızı 1949-cu ildə Qəbələ(Qutqaşen) rayonunun Vəndam qəsəbəsində anadan olub. Çiçək Azəribəyim iş fəaliyyətinə ilk gündən Vəndam Həkim Məntəqəsində Tibb bacısı olmaqla təqayüdə çıxana kimi işləmişdir və hazırda təqayütçüdür......
Sərraf AZƏRİBƏYin ANSMP Maliyyə dəstəyi ilə çap edilmiş ""SƏRRAFIN SÖZÜ"" şerlər kitabında demək olar ki, Dahi şair Cəmiyyətin mənəvi keyfiyyət standartlarına öz düzgün tarixi yanaşmasını işıqlandırmaqla yanaşı bu kitabındada Şairin MİLLƏTSEVƏR bir insan olması tam öz əksini tapmışdır. Bu kitabında çap edilmiş çoxsaylı Millət sevgili şerlərindən 5-3-nü sizin nəzərinizə çatdırmağı məsləhət bilirəm.....
“AZƏRİYƏM”
Azəriyəm, ürəyimdə ocaq var, 
Odu, közü atəşimin qaynağı.
Ulduzumda 8 guşə, bucaq var,
Başım üstə kainatın bayrağı.
Minillərdir döyüşürəm şər ilə,
Dərya oldum alnımdakı tər ilə,
Mən axdım hər əsrə, axdım hər ilə,
Kəsəmməz qarşımı xəyanət dağı.
Hopub keçmişimə rəngi zülmətin,
Qara canavarla vuruşmaq çətin,
Sən ey zəfər, sev AZƏRİ millətin,
Səni qazananın olmaz qorxağı.
**************
”AZƏRBAYCANIM MƏNİM”
Cahanla bir yaranıb, 
Dərinlərdə aranıb,
İkiyə parçalanıb,
Azərbaycanım mənim!
Araz – haçalı bölmə,
Qismət ayırıb zülmə,
Xırdalanma, üzülmə,
Azərbaycanım mənim!
Vur, haqqını hasil et,
Yanlış hesabı poz, get,
Geyin bir “bordo bred”,
Azərbaycanım mənim!
**********
”ZAMANA SUALLAR”
Azəriyəm, odlu “silah”am özüm,
Bıçaq sümükdəsə, de, necə dözüm?!
Mən onu əridib, “güllə”mi edim?!
Namərdin üzünə silləmi edim?!
Dolandıqca zaman dolanırıq biz,
Barıtı içində qalır gülləmiz...
Daha da qızır o, atılmadıqca,
Tüfəng hədəfinə tutulmadıqca...
Əgər atılmazsa zamanla, illə,
“İntihar” edəcək barıtlı güllə!
***********
“AZƏRİNİN MƏDHİ”
Əlbəttə, AZƏRİ deyil yarasa,
Zülmətin gücünə qona harasa...
Gündüzü doğuran işıq bizimdir,
O, həm Ərdəbilim, həm Təbrizimdir!
Götürməz AZƏRİ iftira, riya,
Həqiqət qoxuyur Zəncan, Urmiya...
Bakımda əbədi alov məkanı –
Bəli, yaxşı tanı – o, Suraxanı!
Odlar Diyarıma söylə, tay hanı?
İşıq müjdələsin Azərbaycanı!
***********
”AZƏRİNİN QÜDRƏTİ”
Sən ey AZƏRİyə “yamaq” olan kəs,
Zaman “tikiş”ini sökəcək sənin!
Yadların əlində “çomaq” olan kəs,
Məşəlim gözünü tökəcək sənin!
*************
”AXI SƏN AZƏRİSƏN!”
Qığılcımtək çıxarsan,
Sükutda darıxarsan,
Yandırarsan, yaxarsan,
Axı sən AZƏRİSƏN!
Bunu çıxarma yaddan,
Çox öndəsən miladdan,
Təməlin var poladdan,
Axı sən AZƏRİSƏN!
Mübarizsən, mətinsən,
Ruhun, məhəbbətinsən,
Çünki bu millətinsən,
Axı sən AZƏRİSƏN!
**********
“AZƏRİ və Osmanlı”
AZƏRİnin osmanlıya dəxli yox,
Nankorların gözlərinə dəysin ox!
Biz ki varıq, alov dolu ürəyik,
Vətəninə söykənən bir kürəyik!
**********
“"ALOV -- CANAVAR”"
Oddan doğulubdur, oddur anası,
Əmib hərarəti, olub yanası,
Canını, gücünü necə danası?
Qüdrət övladıdır Alov – Canavar!
Sıxar küncə çaqqalını dünyanın,
Qovar alçaq “baqqal”ını dünyanın,
İçməz heç vaxt “it yalı”nı dünyanın,
Haqqın sərt badıdır Alov – Canavar!
O, çıxar qaranlıqda, edər ovu,
Ancaq balıqçıtək atmaz tilovu,
Görsə təhlükə var, çəkər cilovu,
Əqlin imdadıdır Alov – Canavar!
Yaşı ötmüş artıq düz altı mini,
Yanar libasdadır üstü, əyini,
Gözləyir dostların fikir, rəyini,
AZƏRİ adıdır: ALOV – CANAVAR!...........
**************
Mən əminəm ki, bu şerlər, kuplet və misralar bəs edər ki, hər hansı ALİ ŞÜURLU, Səlist Məntiqi Düşüncə əsaslı fikirləşmə qabliyyətli, İNSAN tam aydın Sərraf AZƏRİBƏY Dahiliyinin, MİLLƏTSEVƏRliyinin şahidi olsun!......Hörmətli,Sərraf AZƏRİBƏY, mən Sizi Bütün ANSMP adından, şəxsən öz adımdan Təbrik edirəm! Azərbaycan(AZƏRİ)Milləti və Azərbaycan Xalqı Sizin kimi bir Dahi oğlu ilə fəxr edir. Sizə son olaraq AZƏRİ Millətsevər insan ASİF HƏSƏNOVUN dediyi : "" ULU YARADAN hər bir bəndəsinə 30 qəpiklik çörəyi və 30 milyonluq sağlamlığını əsirgəməsin!"" kəlamları arzulayıram!.....""(İBO)


19:11 30.04.2020
Xəbər lenti
Bütün xəbərlər