KANAL24.AZ
Az Iw En Ru

BEYİN VƏ YA HƏRBİ GÜC??!!

""... Ən əvvəl onu qeyd edim ki, Hərbi Büdcə(HB) və ya Müdafiyə büdcəsi(MB) hər hansı bir Dövlətin öz hərbi qüvvələrinin saxlanılmasına və yenilənməsinə dövlətin ayırdığı pulun həcmidir.. Əvvəlki illərdə dövlətlərin Dəniz donanmasına ayırdığı xərclər ayrıca Dəniz Büdcəsi(DB) adlanmaqla tam ayrı götürülürdü Bu günə Dünya ölkələrinin hərbi xərclərinin faktiki məbləğinin həcmi, İsveçdə, Stokholm Beynəlxalq Dünya Problemləri Araşdırma İnistitunun, (SBDPAİ), yalnız 2018-ci ilin yekun məlumatları açıqlanıb...


P. S.."SBDPAİ" İngilis dilində "SIPRI" (Stokholm İnternational Peace Research İnstitut) 01 iyul 1966-cı ildə yaradılıb. 12 noyabr 1969-cu ildən hər ilin yekununda Dünya ölkələri hərb arenaları və hərbi büdcələri haqqında illik məlumat -- "SBDPAİ HƏR ILLIK" kitabı çap edilir ki, məhz bu kitab əsasında ölkələrin hərbi büdcə xərcləri göstərilir......
Bu kitabda 2018-ci ilin yekun məlumatları əsasında Dünya ölkələrinin ümumi hərbi xərcləri 1 milyard 822 milyard ABŞ dolları olmuşdur ki, bu məbləğin Dünyanın 40 ən böyük hərbi büdcəyə malik ölkələrinin hərbi büdcə xərcləri isə 1 trilyon 683 milyard ABŞ $ dolları olmuşdur. İlk onluqda ABŞ - 649 milyard, Çin - 250 milyard, Səudiyyə Ərəbistanı - 67,6 milyard, Hindistan - 66,5 milyard, Fransa - 63,8 milyard, Rusiya - 61,4 milyard, Böyük britaniya - 50,0 milyard, Almaniya - 49,5 milyard, Yaponiya - 46,6 milyard, Koreya - 43,1 milyard xərclə yer tutmuşlar..... Bu siyahıda... 15.Türkiyə - 19,0 milyard,... 18.İran - 13,2 milyard,.... 40.Rumıniya - 4,6 milyard olmaqla qərarlaşmışlar...
Baxmayaraq ki, artıq 2020-ci ilin ilk ayının 20 günü tamamdır, hələdə Dünya ölkələri (SBDPAİ məlumatı) 2019-cu ildə özlərinin reyal hərbi xərclərini açıqlamayıblar. Amma 2019-cu ilin başlanğıcında verilən təqribi məlumatlar əsasında qeyd etmək olar ki, Dünyanın 137 Dövlətinin 2019-cu il üçün planlaşdırdıqları hərbi xərcləri nəzərə alsaq ilk üçlüyə 1.ABŞ, 2.Rusiya və 3.Çin dövlətləri ən son dövlət isə...137.Butan krallığı olub.Müsəlman ölkələri arasında yalnız Türkiyə ilk onluqa daxil olublar. Bu siyahıya əsasən 52.Azərbaycan,85.Gürcüstan və 96.ermənistan olmaqla Azərbaycan öz hərbi büdcəsinə görə (planlaşdırılan 3.37 milyard manat və ya təqribən 2 milyard dollar) Cənubi Qafqazda birinci, keçmiş SSRİ respublikaları sırasında dördüncü yerdədir. Buna baxmayaraq dəqiq xərclər məlum olmadığından məhz bu səbəbdən mən bu məqaləmdə əsasən 2018-ci ilin yekun məlumatları əsasında dünya ölkələrinin hərbi büdcələrinə istinad etməklə milyardlarla insanın aclıq-yoxsulluq içərisində məhv olduğu bir zamanda Dövlətlərin hərbi güclərinin artırılmasına ayırdıqları, "havaya sovrulan" milyardlarla vəsaitdən danışacam. ABŞ dövləti 2019-cu ilin yekununda öz hərbi büdcələrinin reyal rəqəmlərini hələlik açıqlamamaqlarına baxmayaraq "INTERFAX. RU" 13 May 2019-cu il məlumatında deyilir ki, ABŞ 2019-cu ildə hərbi büdcəsini ABŞ prezidenti Donald Tramp "Fort-Dram" hərbi bazasında baş tutan mərasimdə 717 milyard dollar həcmində imzalamışdır.."Гaзета.Ru"məlumatına görə ABŞ Hərbi büdcəsi 2020-ci ildə 750 milyard dollar planlaşdırılıb ki, bu da ikinci Nəhəng dövlət Rusiyanın Hərb büdcəsindən 16 dəfə artıq olmaqla qalan bütün dünya ölkələrinin hərbə yönəldəcəyi xərclərin ümumi cəminə bərabər məbləqdir. Xatırladım ki, Rusiya hərbi xərclərinə görə hazırda 46 milyard dollar olmaqla dünyada 8-cıdır... Yalnız bu fərqə baxmayaraq Rusiya Beyin GÜCÜ səviyyəsində ABŞ hətda üstələməklə praktiki sübut edir ki, müasir dünyada əsas BEYİN GÜCÜdür(BG) nəyinki HƏRBİ GÜC(HG).Yaxın Şərqdə cərəyan edən son illərdəki HƏRBİ strateji format dəyişikləri bir daha sübut edir ki, Rusiya BG-ü Amerika HG-ə qalib gəlməkdədir.Rusiya Müdafiyə Naziri Sergey Şoyqunun dediyi kimi :"Прямой и однозначно зависимости между величиной военного бюджета и победами на поле боя нет." (Hərb meydanlarında qazanılan qələbələrin hərbi büdcədən birbaşa asılılığı yoxdur). Çox dəqiq və təmkinli hərbi analizi nəticə.....
Bütün məlumatlar əsasında belə bir nəticəyə gəlmək olar ki, ümumiyyətlə kiçik ölkə və bu ölkələr siyahısında olan Azərbaycan öz hərb xərclərini artırıb və ya azaltması Dünya Hərb Reyallığında nələrəsə nayil olmaqdan çox çox şeyləri itirmək deməkdir. Dünyanın Kosmos əsrində yaşadığı bir dövürdə Tank, Top, Qrad və s. və s. silahlarına pul xərcləməklə nələrə nail olmaq olar?! Heç nəyə! Məgər Cənubi Qafqazda öz milli və siyasi maraqları olan dövlətlərin hər hansı bir hərb və ya siyasi "gedişinə" Azərbaycan hərb maşını mane ola bilərmi?! Xeyir! və ya Azərbaycan dövləti heç olmasa əhatə olunduğu ətraf dövlətlərin İran, Türkiyə və Rusiyanın hərb təzyiqlərini dəf etmək gücündədirmi?! Xeyir!... Xeyir! Xeyir!.... Xeyir! Azərbaycan Dünya Nəhənglərinin "Siyasi Şahmat" oyunları taxtasında heç "piyada" rolunda da yoxdur və yaxın onillikdə heç olmayacaqda!. Bəs nə etməli??!!... Bu vəziyyətdən yalnız bir çıxış yolu var ; Bütün dövlət rüsuslarını YENİ İNSAN KAPİTALının yetişdirilməsinə yönəltmək ən reyal və yeganə yolumuzdur. Müasir döyüş taktikası tələblərəinə cavab verməyən Tanklar, Toplar, Təyyarələr və s. almaq əvəzinə gələcəyi qura biləcək Yeni Nəsil Övladlar yetişdirməyə --- Uşaq Bağçaları, Orta Təhsil Məktəbləri, Ali təhsil Univerisitetləri yaratmaq, dünyanın aparıcı ölkələrindən mütəxəssislər "alıb" ən yenilməz, müasir HƏRB GÜCÜ --- SİVİL İNSAN KAPİTALI "istehsalı" etməklə yaxın 20-25 il ərzində Dünyanın Hərb Nəhənglərinə Qalib gələ biləcək İNSAN BEYNİnə nail olmaq. Məhz bu yolla Dünya Hərb Nəhənglərinin "Siyasi Şahmat" oyunlarında həlledici "fiqura" çevrilə bilərik.Azərbaycan xalqı yalnız Elmə əsaslanan, Sivil siyasi və mədəni səviyyəli Övladlar yetişdirməklə gələcək nəsillərimizi, torpaqlarımızı, Dövlətimizi qorumaq qüdrətinə malik ola bilərlər. Elimə, Sivil tərəqqiyə, dünya siyasi gedişlərini əvvəlcədən dərk edib və planlaşdıran YENİ NƏSİL İNSAN tərbiyyə etmək, XXI əsirdə ən aparıcı HƏRBİ GÜCƏ malik olmaq deməkdir. Məhz bu səviyyəli nəsil yetişdirməyə nail olan Millət və Xalqlar XXI əsir in "söz sahibləri" statusunu qazanmaqla öz Dövlətlərini Dünyanın BEYİN LİDERİ etməklə Nəhəng Hərb Güclərinə "ağalıq" edəcəklər.... Yenə təkrarən deməyi özümə borc bilirəm: Yahudi milləti və İsrail dövləti bizlərə "praktiki mayak" rolunu oynamalıdır. Kiçik bir millət öz BEYİN GÜCÜ hesabına Dünya Hərb Güclərini öz milli və siyasi maraqları çərçivəsində, sanki sirk arenasında Ayı(Rusiya) , Şir(ABŞ) , Pələng(Türkiyə), və s. və s.. .... və Təlimçi(İsrail) ssenarisi tamaşası əsasında idarə edirlər! Bəli İsrail dövləti və Yahudi milləti Yeni nəsillərin qibtə ediləcək dərəcədə milli nizam-intizamla, bələkdəkən millət, torpaq məhəbbəti aşılamaqla, yüksək təhsil verməklə Yahudi millətini Dünya millətlərinin BEYİN GÜCÜnə çevirmişdir.. Necə deyərlər 7-8 milyon saya malik bir Millət, Dövlət 7-8 milyardlıq dünya əhalisinə RƏHBƏRlik edir. Demək olar ki, müasir Dünya Dövlətlərinə RƏHBƏRlik edir. Budur BEYİN GÜCEnün qüdrəti... ... Məhz bu milli taktika Azərbaycan dövlətinin gələcək Hərb GÜCÜ planlarının yeganə və xilas edici yol seçimi olmalıdır!. Yahudi əsilli azərbaycanlılarının İsrail Dövlətində tutduqları siyasi mövqelərdən mütləq istifadə etməklə Yahudi Azərbaycan xalqlarının təmənnasız mövcud dostluğunu daha da inkişaf etdirmək lazımdır. Qonşu dövlətlərlə Neytiral-balanslı siyasi dostluq və Yahudi xalqı, İsrail dövləti ilə Səmimi DOSTLUQ Azərbaycan Dövlətinin, Azərbaycan (Azəri) Millətinin, Azərbaycan Xalqının müstəqil və qüdrətli bir dövlət kimi varlığının yeganə yoludur!!!""
Həsənov İbrahim- (İBO)


19:09 21.02.2020
Xəbər lenti
Bütün xəbərlər