KANAL24.AZ
Az Iw En Ru

""ÖLÜM -- ANDAN ARTIQ BİR ŞEY DEYİL! ""

"Bu məqaləni mən son günlər Dünya və Azərbaycan mətbuatını, İnterneti, FB. səhifələrini "zəbt" etmiş, İranın məhrum Generalı Qasım Süleymaninin ABŞ xüsusi hərbi kəşfiyyat orqanları tərəfindən vəhşicəsinə öldürülməsində Azərbaycan xalqını sanki iki hissəyə parçalayan ---bu ölümə "BƏLİ" deyənlər və "YOX" deyənlərə öz şəxsi mövqeyilə "NEYTİRAL" yanaşmam bildirmək istəyimdir... Bəli məhz "NEYTİRAL" mövqe yəni Azərbaycan Dövləti, Azərbaycan(AZƏRİ) Milləti və Azərbaycan Xalqının Siyasi və Milli maraqlarına cavab verən mövqe.

Hər hansı ibtidai təhsil almış insan belə dərk edir ki, Yaxın Şərqdə cərəyan edən bütün hadisələr Yaxın şərqdə olan Təbii Sərvətlərin Dünyanın nəhəng Dövlətləri və aparıcı Millətləri arasında yenidən bölünməsi savaşıdır. Məhz ümumi bölgü məxrəcinə nail olmamağın nəticəsidir ki, gah "ağlar" və gah da "qaralar" bu Yaxın Şərq Siyasi "Şahmat oyunu"nda üstünlük əldə edirlər.... 

Ən Əvvəl Qasım Süleymani haqqında kiçik bir arayış : İran Dövlətinin "İslam İnqilabi Keşikçiləri Korpusunun" (İİKK) İran ərazilərinin xaricində əməliyyatlar aparmaq üçün yaradılmış xüsusi hərbiləşdirilmiş qolu olan "Əl-Qüds"ün General-mayor rütbəli zabiti Qasım Süleyman 11 mart 1957-ci ildə İranda Qedmanda, Rabort kəndində doğulub. Gedman şəhəri Atəşpərəstlərin (Od-alov inanclılar) ən qədim şəhərlərindəndir. German şəhəri Azərilərin Zendlər dinastiyasının demək olar ki,məskunlaşdıqları yaşayış mərkəzi olub..Süleyman 19 yaşından İranın Ali Dini Lideri Ayətullah Əli Xameneynin qürdilərinin mühazirələrinə qoşulub və 21 yaşından Xameneyninin özü ilə şəxsən əlaqədə olub. 1979-cu ildə İslam Respublikası tərəfdarı kimi "İslam İnqilabı Keşikçiləri Korpusu"nda(İİKK) könüllülər üzv olub. İlk olaraq German şəhərinin fasiləsiz su təminatının mühavizəçilərinin komandiri olub. 1980-ci ildə Kürd xalqının azadlıq hərəkatının qanlı yatırılmasına özünü" layiqincə" göstərib və leytenant rütbəsi alıb. 22 sentiyabır 1980-ci ildə başlayan İran --- İrak müharibəsində 30 yaşında olarkən, 1987-ci ildə İranın 41-ci piyada diviziyası olan "Tərallah"ın komandanı vəzifəsinə yüksəlib. 1997-ci ildən "Əl-Qudsi"də fəaliyyətə başlayıb və 2000-ci ildən komandiri təyin edilib. 2011-ci ildən Suriya hakimiyyətini müdafiyə etmək məqsədi ilə demək olar ki, İraq və Suriya ərazilərində yaşayıb və döyüşüb.4-5 dəfə gizli Moskvada olub və ABŞ - nın" FOX NEWS" televizya kanalının deməsinə və müxtəlif mənbələrin təsdiqinə əsasən 2015-ci ildə Qasım Süleyman Vladimir Putinlə görüşəndə onu Suriyadakı hadisələrə müdaxilə etməyə razı salıb. Qasım Süleymanininin rəhbəri olduğu "Əl-Qüdsi" və "İİKK"-nı 2019-cu ilin aprel ayından ABŞ-ı Xarici terror təşkilatları elan edilib. BMT - nın İran dövlətinin 15 nəfər atom silahı yaratmaq proqramında "QARA siyahı"sına daxil edilənlərdən biri də Qasım Süleymanidir..Və nəhayət 03 yanvar 2020-ci ildə, İraq dövlətinin Beynəlxalq Hava Limanında, ABŞ Prezidenti Donald Trampın şəxsi əmiri ilə, ABŞ HHQ-nin aviyazərbəsi nəticəsində öldürülmüşdür. Əsas səbəb isə 27 dekabr 2019-cu ildə İrakın ərazisində yerləşən qədim Azərbaycan şəhərimiz olan Kərkük yaxınlığında yerləşən ABŞ hərbi bazasına məhz Süleymaninin əmri əsasında edilən hücumda Amerikanın bir hərbçisinin ölümü səbəb kimi göstərilir. ABŞ-nın "THE NEW YORK TİMES" qəzetinin məlumatına əsasən Qasım Süleymaninin avtomobili pilotsuz təyyarədən buraxılan raket zərbəsi ilə məhv edilib. Onu qeyd edim ki, 2018-ci ildə Mariyland Universitetinin İraqPoll ilə apardığı sorğuya əsasən Qasım Süleyman İraqda 83% səs toplamaqla "Ən sevilən şəxs" adını qazanıb. Ədalət naminə demək lazımdır ki, müsəlman aləmində Din keşikçisi, Torpaq keşikçisi kimi İranda ən sevilən milli qəhramanlarından biri olub. Sonda bir ALLAH bəndəsi və bir müsəlman kimi Qasım Süleymaniyə ULU YARADAN dan rəhmət diləyirəm....
.İndi isə keçək məqalənin başlığında yazdığım məhşur tarixi sözlərin sahibəsi haqqında məlumata:
....,, Mən həkiməm və ölümdəndə qorxmuram! Ölüm -- ANdan böyük bir şey deyil. Mən zorla başımı bağlamaqla təhqirlə yaşamaqdansa ölməyə hazıram! Mən çadra geyinməyəcəyəm və tarixi keşmişə adımlamayacağam! " bəli Fərruhru Parsa məhz bu tarixi sözləri özünün övladlarına vida məktubunda yazmışdır.....
Bu gün 08 yanvar 2020-ci il Fərruhru Parsanın edam tarixindən 39 il 8 ay ötür. Bu qadının edam edilməsində rol oynamış İran İslam inqilabçılarından biri Qasım Süleymaninin, canla-başla, böyük fədakarlıq ilə müdafiyə və xidmət etdiyi İİKK olmuşdur.Bəli Qasm Süleymaninin 40 il müdafiyə etdiyi İran İslam Respublikası bu zavallı qadını məhz sivil Dünyavi baxışlarından dönmədiyi üçün məhv etmişdir.....

Kimdir Farruhru Parsa?..Azərbaycan(Azəri) milli əsilli-köklü, İranın birinci qadın naziri, Həkim, Pedaqoq, İranın ikinci Təhsil naziri(1968-1976), FARRUHRU PARSA 21 mart 1922-ci ildə İranda indiki Qum əyalətinin(ostanının) mərkəz şəhəri olan Qumda anadan olub.
------------------------------------------------------------------
P. S.. TARİXİ ARAYIŞ.
.... QUM əyaləti bu günkü İran dövlətinin ərazi bölgüsü olan 31 əyalətdən(ostandan) biridir. Əvvəllər Tehran ostanına daxil olub və 1995-ci ildən ayırıb müstəqil ərazi vahidi olub. Ərazisi 11.526 kv.km. 2006-cı il məlumatına əsasən 1,047 milyon əhalisi var və bu əhalinin 80%-i azərbaycanlılardır. 20%-i isə farslar, lurlar və digər azsaylı millətlərdəndirlər. İqlimi quraqlıqdır və iki məhşur duzlu gölü var --- "Deryaye-Nəmək" və "Nəmək" duz GÖLLƏRİ.QUM şəhərinin tarixi 5 min ildən artıq olmaqla ən qədim Azərbaycan(AZƏRİ) Millətinin ilk yaşayış məskənlərindən olub. İslam dinini ikinci xəlifə Ömərin hakimiyyəti zamanlarında Qum sakinlərinə böyük qırğınlar törətməklə qəbul etdirib... .P. S.... Ömər ibn Həttab(doğulub 581 ölüb 03 noyabr 644) Rəşidi Xilafətinin --- 632-ci ildən 661-ci ilə kimi mövcud olub və paytaxtı Mədinə sonralar isə Qufə olub--- Əbu Bəkirdən(doğulub 572 -- ölüb 634)sonra
2-ci xəlifəsi olub....
Yenidə 644-645 illərdə Əbu Musa Əşhari Qumu ələ keçirəndə yerli Azəri millətinin demək olar ki, 70% ərəblər tərəfindən öldürülüb. Baqdad Xəlifəsi Əı-Məmunun(doğulub19.09.786.-- 09.08.833.ölüb.) 825-ci ildə Qumda yerli əhaliyə qarşı törətdiyi qırğınlar isə ən vəhşi həddə olub. Bu zaman demək olar ki, şəhər əhli tam məhv edilib və didərgin salınıb.
---------------------------------------------------------------
Fərruhru Parsanın anası Fəhrə Əfaq Parsa İranda ilk qadın jurnalı olan "Cahan-ə-zən"in (Qadın dünyası) redaktoru olub. Farruhru Parsa "Janna d'Ark" adına olan məktəbdə müəllimə işləyərkən İranın 26 oktyabr 1967-ci ildən 11 fevral 1979-cu ilə kimi şahbanusu olmuş, milliyyətcə Azərbaycanlı(AZƏRİ) olan Fərəh Dibəyə( Pəhləvi) də dərs keçib.Yeri gəlmişkən Fərəh Dibə(qızlıq soyadıdır) Pəhləvinin ata babası XIX əsrdə Rusiyada İranın səfiri olub..... Fərruhru Parsa Tehran Universitetində həkimlik təhsili aldıqdan sonra ilk əvvəl tibb sahəsində fəaliyyətə başlamış sonra müəllimə işləmiş və 1963-cü ildə İran parlamentinə üzv seçilmişdir, 1965-ci ildə İran Təhsil nazirinin müavini 1968-ci ildən izə Təhsil Naziri təyin edilib.Maraqlısı odur ki, Dindən və dindarlardan uzaq olan, sivil Dünyavi görünüşlü Fərruhru Parsanın məhz Təhsi Naziri olduğu illərdə İran İslam İnqilabının ən məhşur simalarından olanlardan İsfahanlı Məhəmməd Bəhəşti(24.10.1928.-- 28.06.1981) Qum Universitetində oxuyb və Hamburq(Almaniya) İslam mərkəzinin rəhbəri olub, Məhəmməd Cavad Bahonar(05.09.1933.-- 30.08.1981),Tehran universitetin bitirib, Məhəmməd Əli Rəcayi (15.06.1933.-- 30.08.1981) Horəzim adına universiteti bitirib. və s. Təhsil Nazirinin hesabın universitetlərdə pulsuz oxumuşlar.... İranda İslam İnqilabı qalib(01 aprel 1979-cu ildən) gəldikdən sonra Fərruhru Parsa həbs edilib və öz sivil dünya baxışlarından dönmədiyindən 08 May 1980-cı ildə güllələnərək qətlə yetirilib..... Bu paraleliklə qeyd etmək istəyirəm ki, İran İslam İnqilabı edənlərin Təhsilində və yetişdirilməsində dolayı yolla çox böyük əməyi və rolu olmuş insan məzh Dinin və dindarların, xurafatın, qurbanına çevrilmişdir....
Fərruhru Parsın acı talehi bizim qadınlarımıza əyani xurafat dərsi olmalı, Qasım Süleymaninin din və dini müdafiyə sevərliyi isə bizim kişilərə xürafat dərsi olmalıdır. Heç vaxt unutmaq olmaz ki, bütün dinlər bəşəriyyətin sivil inkişafının tormuzudur. Dinə xidmət edənlər isə Reyal həyatı qoyub "Nağıl"lara qulluq edən bu" nağıl"lar yolunda həyatdan mütləq məhrum olunacaq kimsələrdirlər. Dinlər Sivilizasiyaları, millətləri, bəşəriyyəti parçalanmaqdan başqa dünyamıza heç nə verməyən zillət mənbəyidir....
Bir daha əminliklə demək olar ki, son illərdə baş verən "Yaxın Şərq" savaşların və "Demokratiya oyunlar"ında əgər Azərbaycan dövlətinin bütövlüyü və dağılmasını istəməyən bütün insanlar bu "oyunlar"da yalnız Azərbaycanın Siyasi və Milli maraqlarına cavab verən '' NEYTRAL" mövqe tutmalıdırlar. ABŞ və Rusiya "nəhəng" ləri və onların "peşqa"ları İran və Türkiyənin tərəfini tutmaqla heç nə qazana bilmərik. Biz yalnız QARIŞMAMAQ siyasətini, balanslaşdırılmış daxili və xarici siyasətlə həm Şimaldan, həm Cənubdan, Həm Qərbdən və həm ABŞ-dan ola biləcək təhlükədən can qurtara bilərik. Bütün Müharibələri Tarix boyu Nəhəng və harınlamış dövlətlər və millətlər başlamış qırılan, əzilən, əzablara düçar olanlar ilə xırda dövlət və millətlər olmuşlar. Yaddan çıxarmaq olmaz ki, Dünyanın Siyasi bölünməsi mübarizəsində nə ABŞ və nədə ki, Rusiyanın yanında olmaq olmaz. Necə deyərlər ara ''qızışsa" təpik altında bizlər qalacağıq. İngilis, Rus.,Türk,Fars maraqlarının ağıllı Yahudi maraqları tərəfindən planlaşdırılmış və ssenariləşdirilmiş "Siyasi Şahmat" oyununun yalnız bir qalibi olacaq ----İSRAYİL və Yahudi milləti. Bəli İsrailin və Yahudi millətinin bu məsələlərdə qalib olmaları Azərbaycana və Azərbaycan(Azəri) Millətinə, Azərbaycan Xalqına 100% sərf edən variantdır. Azərbaycan mütləq İsrailin mövqelərini nəzərə almaqla addımlar atmalı, "Bir millət iki dövlət!" və "Din qardaşlarımız!" populist şüarlardan əl çəkib Azərbaycan dövlətinin və Azərbaycan xalqının tam milli və siyasi maraqlarına cavab verən İSRAYİL dövləti və Yahudi millətinin DOSTU olmasını öz əməli işləri və fəaliyyətləri ilə sübut etməlidirlər. Bu variant müstəqil Azərbaycanı Cənubi Qafqazın ən böyük və qüdrətli dövləti edə bilər və yeganə düzgün siyasi yoldur. Bir fikir verin İSRAYİL Dövlətində Azərbaycandan getmiş Yahudi əsilli vətəndaşlarımızın bizim dövlətimizi, xalqımızı necə müdafiyə edib və daima sayğı ilə yanaşmalarına. Yahudi millətinə arxa sökmək olar! və bu dostluqdan Azərbaycan yalnız udacaqdır! . İsrailin özü və Yahudi millətinə də müsəlman dünyasında və Cənubi Qafqazda Qüdrətli Azərbaycanın olması ən sərf edən variantdır.Bütün dünyadan fərqli Azərbaycanda heç vaxt Yahudi millətindən olan insanlara "güldən artıq" bir söz deyən olmayıb. Bu həqiqətin sübuta ehtiyacı olmadığı kimi bu qarışılıqlı Dostluğun hər iki millət və dövlətin siyasi maraqlarında olmasına da sübut tələb etmir.Azərbaycan(Azəri) Millətinin yenidən ata-baba qüdrətini bərpa etmək üçün Yahudi milli kansepsiyasını Azərbaycanın milli maraqlarında yaşıl işıq rolunu oynamalıdır.. 

İbrahim Həsənov


22:02 13.02.2020
Xəbər lenti
Bütün xəbərlər