KANAL24.AZ
Az Iw En Ru

Voleybol millimizdə iki ciddi itki - FOTO

Qadın voleybol millimiz problemlə üzləşib.

millimizin yeni kapitanı, Macarıstanın “Vaşaş” klubunun üzvü Ayşən Abduləzimova Bolqarıstanla dünən keçirilən görüşdə ciddi zədə alıb.

Oyunun gedişatında sol topuğundan zədələnən 26 yaşlı idmançının durumu ciddidir. Onun bu gün Polşa ilə görüşdə oynayıb-oynamayacağı müayinədən sonra bilinəcək. Olimpiada şanslarını itirmiş millimiz, böyük ehtimalla, Ayşən Abduləzimovasız mübarizə aparacaq.

 

Bundan başqa, Polşa ilə oyun millimizin Özbəkistan doğumlu aparıcı üzvü, hazırda Braziliyada çıxış edən Polina Rəhimova üçün sonuncu olacaq. Çünki 29 yaşlı Ukrayna əsilli idmançı özü Polşa ilə görüşün millidə sonuncu oyunu olacağını bildirib.


17:40 10.01.2020
Xəbər lenti
Bütün xəbərlər