KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan idmanı tarixində bir ilk

Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar. 
 
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. 
 
Nazirlik rəsmisinin sözlərinə görə, Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb. İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.
 
Yarış İtaliyanın Qarda gölündə "Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada "Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda "Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb. 
 
Qeyd edək ki, bu Azərbaycan idmanı tarixində ilk belə haldır. 

21:53 09.01.2020
Xəbər lenti
Bütün xəbərlər