KANAL24.AZ
Az Iw En Ru

Dollar AZAL-a təsir etmədi, çünki şirkət avro ilə “uçur”

“Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid avropa valyutası - avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri - Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə aiddir”.

Bunu virtualaz.org saytının dolların manata nisbətən bahalaşmasının aviabiletlərin qiymətinə təsiri  ilə bağlı sorğusuna cavabında “Azərbaycan Hava Yolları” QSC-nin (“AZAL”) mətbuat katibi Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz olaraq qalır: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyutada həyata keçirilməli olduğu üçün  biletlərin qiyməti İATA tərəfindən ödəniş günü Azərbaycan Mərkəzi Bankının manatın avroya olan rəsmi məzənnəsi üzrə dərc olunur.

Qeyd edək ki, ölkə daxilində aviadaşımaların tarifləri Azərbaycan Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda onlar dəyişməz olaraq qalıb”.


01:06 22.12.2015
Xəbər lenti
Bütün xəbərlər