KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Dekabrın 21-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə bildiriblər ki, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


00:40 22.12.2015
Xəbər lenti
Bütün xəbərlər