KANAL24.AZ
Az Iw En Ru

Atambayevin oğlu da istintaqa çağırıldı

Dünən saxlanılmış Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin oğlu da istintaqa çağırılıb. 

Bu barədə RİA Novosti-yə eks-prezidentin vəkili Sergey Slesaryev məlumat verib. O, bildirib ki, Atambayevin oğlu Seyidbek ifadəsi alınması üçün Daxili İşlər Nazirliyinə dəvət edilib.  

 

Vəkil bildirib ki, hazırda ifadə verən Seyidbekin konkret olaraq hansı iş üzrə sorğu-sual edildiyi məlum deyil. 

Xatırladaq ki, Almazbek Atambayev ötən gün xüsusi xidmət orqanlarına təslim olub, onun avqustun 26-na kimi həbsdə qalacağı haqda qərar verilib. 


23:48 09.08.2019