KANAL24.AZ
Az Iw En Ru

Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.

Nəticədə avtomobil bir neçə maşını qırıb və ağacların arasında preslənib qalıb.

Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.

Hadisənin görüntülərini təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.

 

 


17:19 04.07.2019
Xəbər lenti
Bütün xəbərlər