KANAL24.AZ
Az Iw En Ru

Rumıniyada tornado: onlarla evi dağıtdı - VİDEO

Rumıniyada dağıdıcı tornado müşahidə olunub.

Təbiət hadisəsinin görüntüsü “Severe Weather Europe” “Facebook” səhifəsində yayılıb. 

İnformasiyaya görə, tornado aprelin 30-da axşam saatlarında meydana gəlib. Ekstrimal hadisə ölkənin cənubunda - Drajna rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, hava axınları şiddətlə hərəkət edərək, yüzlərlə metr çevrəni qatı toz dumanına bürüyüb.

Rəsmi məlumata görə, tornado onlarla evi dağıdıb, sərnişinlərlə dolu avtobusu aşırıb. Bölgəyə xilasetmə xidmətinin əməkdaşları səfərbər olunub.


22:40 01.05.2019
Xəbər lenti
Bütün xəbərlər