KANAL24.AZ
Az Iw En Ru

AMEA-ya yeni vitse-prezident seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən İllik Ümumi Yığıncağında vitse-prezidentlik vəzifəsinə gizli səsvermə olub.
 
Səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib.
 
Qeyd edək ki, Rasim Əliquliyev texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.

22:06 01.05.2019
Xəbər lenti
Bütün xəbərlər