KANAL24.AZ
Az Iw En Ru

“İvanovka” Çörək Zavodu ittihamlara cavab verdi

Dostlar, son 2 gündür ki, sosial şəbəkələrdə və şəbəkələrə istinad edən bəzi mətbu orqanlarda “İvanovka” çovdar çörəkləri haqqında xoşagəlməz məlumatlar yayılmaqdadır.
“İvanovka” Çörək Zavodunun rəhbərliyi aşkar edilmiş faktı nə təsdiq nə də inkar etmir, çünki çörəklərdə ola biləcək kiflənmə halları müxtəlif səbəblərdən mümkündür və bu səbəblərin böyük əksəriyyətinin istehsalçıya qətiyyən aidiyyatı yoxdur.

Məyus edici məqam odur ki, araşdırmadan, məsələnin məğzinə varmadan və hətta əgər doğrudursa heç bir xəbərdarlıq etmədən baş kəsməyə həvəsli olan “ictimai fəallarımız” varmış.
Həqiqət olsa belə gün ərzində istehsal olunan yüzlərlə çörəkdən 1-2 dənəsində kiflənmə halına görə yüzlərlə namuslu və məsuliyyətli insanın çalışdığı bir müəssisəni belə rahatlıqla ləkələmək cəhdləri ən azı vicdansızlıqdır!
Ölkə rəhbərliyinin kiçik və orta sahibkarlığa vermiş olduğu dəstək müstəvisində bəzi “ictimai fəalların” görülən işlərə pəl vurması bir sıra qurumlar üçün ciddi siqnal olmalıdır.
“İvanovka” Çörək Zavodu olaraq bir daha bəyan edirik, istehsal etdiyimiz çörək məmulatları 100% təbii və qatqısızdıq. Necə ki, biz və ailə üzvlərimiz istehsal etdiyimiz çörək məmulatlarını rahatlıqla və əminliklə istehlak edir, siz dəyərli vətəndaşlarımız da o cür rahatlıq və əminliklə “İvanovka” çörək məmulatlarını istehlak edə bilərsiniz.

Qeyd etmək istəyirik ki,bu hadisə baş verən xoşagəlməz halı araşdırmadan yazanların bizə qarşı apardıqları qarayaxma kompaniyasıdır və qərəzli şəkildə təşkil olunub.Bəlkə də kiçik bir nöqsan olub,amma bu qədər şişirdib,ən əsası isə heç bir araşdırma aparmadan yazılan yazılar ölkə başçısının sahibkarlığa ayırdığı diqqət və qayğıya da ləkə yaxmaq məqsədi güdür.

Ölkəmizdə aparıcı marketlər şəbəkələrindən biri,bəlkə də birincisi olan Araz marektlər şəbəkəsinin də bu məsələdə adının hallanması heç də xoşagələn hal deyil.Araz marektlər şəbəkəsi bizim ən yaxın və dəyərli tərəfdaşımızdır.Onlar “İvanovka” Çörək məhsullarının gigiyenik qaydalara əməl etməklə öz marketlərində satışına xüsusi önəm verirlər.Əyər bu kimi yaranmış xoşagəlməz vəziyyətin tez-tez baş verməsini düşünürsünüzsə zavodumuza buyurub çörəklərimizin hazırlanma qaydalarına şahid ola bilərsiniz.Xırda nöqsanların baş verməsi bizim işə məsuliyyətsiz yanaşmamız demək deyil.İstəyənlər üçün zavodumuzda təmənnasız turlar da təçkil edə bilərik.

 

Son olaraq çörək məmulatlarımızı istehlak edən vətəndaşlarımızdan “ivanovka” çörəkləri haqda rəylərini öyrənmək istərdik. Pozitiv və ya neqativ rəy yazacaq hər kəsə hörmətlə yanaşır və təşəkkür edirik.

 


02:01 16.04.2019
Xəbər lenti
Bütün xəbərlər