KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda satışa çıxarılan bu heyvan bəbir deyil - ŞOK qiymət

Azərbaycanda alış-veriş saytlarında pişik satışı ilə bağlı elanlar yerləşdirilib. 

Sözügedən saytlarda diqqət çəkən məqam  pişiklərin növü və qiymətləri olub. Maraqlıdır ki, rəng və üzərindəki xallara görə, bəbir balasına oxşayan  Benqal Pişiyi 1500 manata satılır. 

Digər diqqət çəkən pişik növü Britaniya pişiyidir, qiyməti 850 manatdır. 

Şotland pişiyi üçün sahibi 500 manat qiymət yazıb. 

Ən diqqət çəkən pişiklərdən biri də sfinkslərdir.  Heyvanın sahibi sfinks pişik balası üçün 800 manat  tələb edir. 

Ekzotik pişiyin sahibi isə satdığı heyvan üçün 1700 manat tələb edir. Bu pişiklər Amerika pişiyi kimi tanınır. 

Amerika pişiklərindən biri də abissindir.  Sözügedən alış-veriş saytında bu pişik növü üçün 1600 manat qiymət qoyulub. 

  • Azərbaycanda satışa çıxarılan bu heyvan bəbir deyil- ŞOK qiymət  (FOTOLAR)

04:05 14.04.2019