KANAL24.AZ
Az Iw En Ru

Elşən Qurbanova İcra Hakimiyyətində yeni vəzifə verildi

Qurbanov Elşən Elşad oğlu 1979-cu ilin may ayının 16-da Bakı şəhərində anadan olub. 1996-cı ildə Nəsimi rayonu 23 saylı orta məktəbi bitirdikdən sonra elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot-iqtisad fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra   2000- 2002-ci illərdə fərqlənmə diploma ilə magistraturanı,2002-2005-ci illərdə isə aspirantura pilləsini uğurla bitirərək İqtisad üzrə fəlsəfə doktoru elmi adı almışdır.

Elşən Qurbanov əmək fəaliyyətinə 2001-ci ilin noyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsində mühasib vəzifəsində başlayıb.Bir müddət işlədikdən sonra Elşən Qurbanov 2005-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinə Maliyyə uçot sektorunun müdiri-baş mühasib vəzifəsinə təyin edilir.Sahəsi üzrə prespektivli və gənc kadr 2011-ci ildə Nizami rayonuna elə həmin vəzifəyə keçirilir.İstedadı və bacarığı ilə seçilən Elşən Qurbanov bir müddət sonra ,yəni 2013-cü ildə Fondun Zəngilan şöbəsinin müdiri,iki ildən sonra, 2015-ci ildən isə Xəzər rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilir.1-ci dərəcəli dövlət qulluqçusu olan Elşən Qurbanov 2019-cu ilin aprel ayının 11-də Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini təyin olunub.Kollektivimiz və yaxın dostları adından Elşən Qurbanovu təbrik edir,xalqımızın,vətənimizin inkişafı naminə görəcəyi işlərində uğurlar arzulayırıq.


03:33 14.04.2019
Xəbər lenti
Bütün xəbərlər