KANAL24.AZ
Az Iw En Ru

"Günəşli" yatağında yanğının söndürülməsi üçün gəmilərdə ölkəyə gətirilən yeni avadanlıqlar quraşdırılı

"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Kanal24-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.

Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda “Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan “Boots&Coots”un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər.


18:13 16.12.2015
Xəbər lenti
Bütün xəbərlər