KANAL24.AZ
Az Iw En Ru

Xəzərdə mümkün ekoloji fəlakətin qarşısı alındı

SOCAR "Günəşli" yatağında yanğın baş verən özüldəki quyudan mümkün neft dağılmalarının qarşısını alıb.

Kanal24 xəbər verir ki, bu barədə Trend-ə neft-qaz bazarındakı mənbə məlumat verib.

Bunu dekabrın 15-də quyulardan birinin söndürülməsindən sonra etmək mümkün olub. Yanan quyu ehtimal olunan neft dağılmalarına görə ekologiya üçün böyük təhlükə törədirdi.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


02:32 16.12.2015
Xəbər lenti
Bütün xəbərlər