KANAL24.AZ
Az Iw En Ru

Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxdı

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından “nizamsızlığa” doğru” kitabı çapdan çıxıb.

Kanal24 Azərtac-a istinadən xəbər verir ki, akademik Ramiz Mehdiyev bu kitabda müasir dünyada siyasi böhranın səbəblərini hərtərəfli təhlil edərək göstərib ki, Avropanın müxtəlif strukturlarının və təşkilatlarının mürəkkəb məsələlərə dair qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş siyasəti, insan haqları məsələsindən təzyiq vasitəsi kimi istifadə edilməsi, həmçinin deklarasiya olunmuş dəyərlərdən tədricən imtina edilməsi dünya nizamının pozulmasına gətirib çıxarıb.

“Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa” adlı birinci fəsildə müəllif “Avropa Birləşmiş Ştatları: “böyük dövlət”, yoxsa fraqmentlərə bölünmüş regional oyunçu?” sualına ətraflı cavab verərək bu qənaətə gəlir ki, Avropa qeyri-müəyyən siyasi obyektdir. “Son illər yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv ola bilər”, - deyən müəllif daha sonra xatırladır ki, böyük dövlət dedikdə beynəlxalq münasibətlərə qlobal səviyyədə təsir göstərən dövlət nəzərdə tutulur. Avropa İttifaqında isə hər şey tam əksinədir: İttifaqın genişlənməsi onun ayrı-ayrı iştirakçılarının milli qüdrətini zəiflədir. Üstəlik də Avropa dəyərlərinin böhranı nəticəsində yaranmış islamofobiya, ksenofobiya, miqrasiya fəlakəti.

Azərbaycan və rus dillərində tərtib edilmiş kitab “Şərq-Qərb” nəşriyyat evinin mətbəəsində çap olunub.

Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxdı

 


02:47 16.12.2015
Xəbər lenti
Bütün xəbərlər