KANAL24.AZ
Az Iw En Ru

FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti fevral ayının 1-dən mart ayının 1-dək “Yanğın təhlükəsizliyi ayı” keçirir.

FHN-dən  “Yanğın təhlükəsizliyi ayı” ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının isə qaydalara uyğun olaraq saxlanmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur.

Həmçinin baş verə biləcək yanğın yerinə yanğın avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.


02:08 06.02.2019
Xəbər lenti
Bütün xəbərlər