KANAL24.AZ
Az Iw En Ru

Dəyişikliklər yeni ilin ilk günündən qüvvədə olacaq

Bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, vergi orqanları bu ili müsbət nəticələrlə başa vuracaq: "2015-ci il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub".

Nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov çıxış edərək deyib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.


18:18 15.12.2015