KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən güclü mühərrikinin sınağı keçirildi - VİDEO

ABŞ-ın “SpaceX” şirkəti dünyanın ən yüksək dartıcı qüvvəsi olan raket mühərriki - “Raptor”un alışma sınağını həyata keçirib.

Sınağın videogörüntüsünü şirkətin rəhbəri İlon Mask öz  hesabında paylaşıb.

“Starship kosmik gəmisinin “Raptor” uçuş mühərrikini ilk dəfə işə saldıq. “SpaceX” komandasının gördüyü möhtəşəm işlə qürur duyuram”, - deyə biznesmen yazıb. 

Xatırladaq ki, yanvar ayında planetlərarası “Starship” kosmik gəmisinin Texasda – “SpaceX” şirkətinin buraxılış meydançasında quraşdırılmış ilk prototipi güclü küləyin təsiri ilə dağılmışdı.

“Raptor” mühərriki maye metan qazı və oksigenlə işləyir. Güc aqreqatı dünyanın bu vaxta qədər yaradılmış ən yüksək dartıcı qüvvəsi olan mühərrikidir. “SuperHeavy” raketi və “Starship” gəmisinin bu mühərriklə təchiz olunacağı gözlənilir.

 
Embedded video
Embedded video
 

 

 

00:43 05.02.2019
Xəbər lenti
Bütün xəbərlər