KANAL24.AZ
Az Iw En Ru

Prezident Şirinov qardaşları ilə görüşdü - FOTO/VİDEO

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

Dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.

Xatırladaq ki, Sabir və Umud Şirinov qardaşları yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
 
 
 
 

 

 


23:10 01.02.2019
Xəbər lenti
Bütün xəbərlər