KANAL24.AZ
Az Iw En Ru

Bakı-Qazax yolunda qəza: sement kisələri yola dağıldı – VİDEO

Kürdəmir yolunda yük daşıyan maşın qəzaya uğrayıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, yol qəzası Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində qeydə alınıb.

Videodan da göründüyü kimi qoşqulu yük maşını hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə maşının qoşqusu beton maneəyə çırpılıb. Qəza nəticəsində qoşqudakı kisələrlə dolu sement dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin ərazidə avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

02:33 29.01.2019
Xəbər lenti
Bütün xəbərlər