KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atır - VİDEO

Zabrat yolunda hərəkət edən avtobusun təhlükəli şəkildə sərnişin daşıması ilə bağlı çəkilən video görüntü yayılıb.

Görüntülər yanvarın 14-də qeydə alınıb. Balaxanı istiqamətində hərəkət edən 105 saylı xətt üzrə fəaliyyət göstərən 99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyıb. Avtobus hərəkətdə olan zaman qapılar açıq olduğu üçün sərnişinlər avtobusdan sallaşaraq gediblər.

Bu vəziyyət sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatı üçün çox təhlükəlidir.

Həmin görüntüləri sizə təqdim edirik. 


01:03 16.01.2019
Xəbər lenti
Bütün xəbərlər