KANAL24.AZ
Az Iw En Ru

İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Tehran yaxınlığında baş vermiş təyyarə qəzasından yeni kadrlar yayılıb.

İlkin məlumata əsasən, “Boeing 707” yük təyarəsi eniş zamanı hava limanının uçuş-eniş zolağından xeyli uzaqlaşıb və divara çırpılaraq yanmağa başlayıb. 

İran ordusuna məxsus olan yük təyyarəsində Bişkekdən İrana 30 ton ətin daşındığı bildirilir. Bəzi xəbərlərə görə, qəzadan bir nəfər sağ çıxıb.

Bundan əvvəl hadisə yerindən 7 qurbanın meyiti aşkarlanıb.

 

İranın Kərəc şəhərində qəzəya uğrayan “Boeing 707” yük təyyarəsinin Bişkek-Kərəc reysi ilə uçduğu məlum olub.

pilotlar təyyarəni Payam Beynəlxalq aeroportu əvəzinə, səhvən Fəth hava limanında endirməyə çalışıb.

Qəza nəticəsində doqquz nəfərin öldüyü xəbər verilir.

Bundan əvvəl təyyarənin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

Tehran yaxınlığında baş verən aviaqəza nəticəsində yük təyyarəsinin göyərtəsində olan bütün ekipaj üzvləri və sərnişinlər həyatını itirib.

Bundan əvvəl “Boing 707” təyyarəsinin göyərtəsində 10 nəfərin olduğu bildirilirdi.

Tehran yaxınlığında “Boeing” 707 yük təyyarəsi qəzaya uğrayıb.

Məlumata əsasən, göyərtəsində 10 nəfərin olduğu deyilən yük təyyarəsi Kərəc hava limanı yaxınlığında yerə çırpılıb.

İtkilər və qəza səbəbi barədə məlumat verilmir. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım dəstələrinin göndərildiyi bildirilir. 


19:47 14.01.2019
Xəbər lenti
Bütün xəbərlər