KANAL24.AZ
Az Iw En Ru

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi - YENİLƏNİB

Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Hadisə şahidləri bildiriblər ki, öldürülən 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

O, Saatlı rayonunun Mir Cəlal kənd sakini olub. Qətl hadisəsi Salatın Əsgərova küçəsində baş verib. Gəncin bıçaqlanmasını heç kim görməyib. 

Hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameralara baxış keçirilib, hadisə şahidləri istintaqa cəlb olunub.

Baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.  İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib.

naməlum şəxs tərəfindən bıçaqlanan gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

Səhiyyə Nazirliyindən  Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri hadisə yerinə gələndə həmin şəxs artıq ölü olub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur

Hazırda məsələ ilə bağlı araşdırma gedir.


01:09 12.01.2019
Xəbər lenti
Bütün xəbərlər