KANAL24.AZ
Az Iw En Ru

“Liverpul”un aparıcı futbolçusu millimizə qarşı oynamayacaq - VİDEO

Xorvatiyanın futbol üzrə millisi Azərbaycanla oyunda aparıcı futbolçularından birindən məhrum olub.

İngiltərənin “Liverpul” klubunun mərkəz müdafiəçisi Deyan Lovren UEFA tərəfindən bir matçlıq cəzalandırılıb.

Cəzalanmaya səbəb isə Lovrenin UEFA Millətlər Liqasının İspaniyaya qalib gəldikləri görüşdən (3:2) sonra “Instagram” hesabında “Real”ın mərkəz müdafiəçisi Serxio Ramosu təhqir etməsi olub. 

Belə ki, o, qoşulduğu canlı yayımda Serxio Ramosun Çempionlar Liqasının finalında “Liverpul”un qapıçısı Loris Kariusu dirsəyi ilə vurmasını nəzərdə tutaraq ona layiqli cavab verdiyini bildirib. 

Qeyd edək ki, Xorvatiya ilk rəsmi matçını Avro-2020-nin seçmə mərhələsində öz meydanında Azərbaycan millisinə qarşı keçirəcək. Bu matç martın 21-də baş tutacaq.


23:13 11.01.2019
Xəbər lenti
Bütün xəbərlər