KANAL24.AZ
Az Iw En Ru

Vəkil: Cahangir Hacıyev hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev vəkili ilə görüşüb. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, C.Hacıyevlə mütəmadi görüşür, səhhəti ilə maraqlanır: "Saxlanma şəraitindən narazılığı yoxdur, özünü normal hiss edir. Müalicəsi üçün dərmanlarının bir hissəsi dünən - dekabrın 8-də ona çatdırılıb".

A.Layicov bildirib ki, C.Hacıyev hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: "Qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri seçilən şəxs 24 saat müddətində istintaq təcridxanasına köçürülməlidir".

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə)179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti verib.


19:52 09.12.2015
Xəbər lenti
Bütün xəbərlər