KANAL24.AZ
Az Iw En Ru

AŞ PA: Ermənistanda referendum siyasi maraqlara əsaslanır

Təqribən 50 faiz səviyyəsində olan aşağı seçici aktivliyi göstərir ki, Ermənistanda referendum siyasi maraqlara əsaslanır. Bu barədə AŞ PA-nın müşahidə missiyasının ilkin rəyində deyilir.

Rəydə bildirilir ki, prezident üsul-idarəsindən parlament formasına keçidi nəzərdən tutan islahatlar layihəsinin müddəalarına bir çox vətəndaş mövcud hakimiyyətin təkrar istehsalı kimi baxır: "2,5 il davam edən islahatlar prosesi tam olmayıb".

AŞ PA müşahidəçiləri Ermənistan hakimiyyətini səsvermə zamanı qeydə alınmış bir sıra qanun pozuntularına diqqət yetirməyə çağırıblar.


21:29 08.12.2015
Xəbər lenti
Bütün xəbərlər