KANAL24.AZ
Az Iw En Ru

Çexiya-Azərbaycan münasibətləri inkişaf edir

Visainfo.cz jurnalında Azərbaycanın Çexiyadakı səfirinin müsahibəsi dərc olunub

 

Praqada çıxan aylıq Visainfo.cz jurnalının dekabr buraxılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin rus və çex dillərində müsahibəsi dərc edilib.

 

Azərbaycanın Çexiyadakı səfirliyindən verilən məlumata görə, müsahibədə 2015-ci ilin yekunlarından söhbət açılıb. Eyni zamanda, Çexiya-Azərbaycan münasibətləri, milli mətbəximiz, turistlər üçün maraq doğuracaq bölgələr, o cümlədən tarixi və mədəni abidələrimiz, həmçinin ölkəmizdə keçirilən bayramlar haqqında bəhs edilib.

 

Səfir F.Şəfiyev Çexiya-Azərbaycan münasibətlərinin inkişafında il ərzində əhəmiyyətli irəliləyişlərin baş verdiyini, sentyabr ayında Çexiya Prezidenti Miloş Zemanın ölkəmizə səfər etdiyini, iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini oxucuların diqqətinə çatdırıb.

 

Səfir, həmçinin iki ölkə arasında mədəni və humanitar sahədə inkişaf etməkdə olan əlaqələrə toxunub, Çexiyanın ən tanınmış ali təhsil müəssisəsində - Karl Universitetində tələbələr üçün “Azərbaycanda multikulturalizm” kurslarının keçirildiyini vurğulayıb. Səfir onu da qeyd edib ki, Çexiyanın digər universitetlərində də azərbaycanşünaslıq kursları və “Azərbaycan haqqında nə bilirəm?” mövzusunda inşa müsabiqəsi təşkil olunub.

 

 


16:03 08.12.2015
Xəbər lenti
Bütün xəbərlər