KANAL24.AZ
Az Iw En Ru

Bakı-Həştərxan aviareysinin bərpaedilmə vaxtı açıqlandı

Bakı-Həştərxan aviareysinin 2019-cu ilin yazında bərpa edilməsi planlaşdırılır. 

Bununla bağlı Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin vəzifələrini icra edən Denis Afanasyev jurnalistlərə açıqlamasında məlumat verib. 

O bildirib ki, dörd illik fasilədən sonra bərpa ediləcək aviareyslə uçuşlar həftədə iki dəfə baş tutacaq.

“AZAL şirkəti ilə danışıqlar aparıldı və aviareysin bərpası 2019-cu ilin yazına planlaşdırılıb. Hazırda texniki və marketinq siyasəti məsələləri müzakirə edilir. Uçuşlar həftədə iki dəfə olacaq. Uçuşun müddəti 1 saat 15 dəqiqə və ya saat yarım təşkil edəcək”, - o deyib. 

Qeyd edək ki, dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib. 

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub. 


21:48 20.12.2018
Xəbər lenti
Bütün xəbərlər