KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub

Cari il ərzində Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub. 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

O bildirib ki, bu istiqamətdə görülən işlərin məqsədi həmin kitablarda qeyd edilən yanlış fikirlərin təbliğinin qarşısını almaqdır:

“Həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə xidmət etməsi aşkarlanıb. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub.

Həmin kitablar milli-mənəvi dəyərlərimizə zidd təbliğata xidmət etdiyindən qərəzli və ölkə əleyhinə məlumatlar yaymağa cəhd etdiyindən qarşısı alınır. Bu kimi kitabların sayı təxminən 800-ə yaxındır”.


22:36 19.12.2018
Xəbər lenti
Bütün xəbərlər